AZ

"Çelsi" 101 milyonluq afrikalı üçün ilk addımı atdı

"Vest Hem"in və Qana millisinin yarımmüdafiəçisi Mohammed Kudus karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.

Xəbərə görə, 24 yaşlı futbolçunun xidmətində maraqlı olduğu öncədən bilinən "Çelsi" artıq onun klubu ilə danışıqlara başlayıb. Mənbə "zadəganlar"ın hələ "çəkicdöyənlər"lə razılığa gəlmədiklərini vurğulayıb.

Qanalı oyunçunun müqaviləsindəki sərbəstqalma məbləği 85 milyon funt-sterlinq (təxminən 101 milyon avro) təşkil edir. Lakin bu məbləğ İngiltərənin Premyer Liqa klubları üçün 10 iyul tarixinə qədər keçərlidir.

Orta xətt oyunçusu geridə qalan mövsümdə "Vest Hem" forması ilə 35 matça çıxaraq 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Nihat

Seçilən
1
1
fanat.az

2Mənbələr