AZ

Göyçayda binanın üzlük daşları qoparaq tökülürVİDEO

Binanın üzlük daşları qoparaq tökülür...

Xezerxeber.az xəbər verir ki, Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsi 33 ünvanında yerləşən binanın sakinləri deyirlər ki, bu vəziyyət uzun müddətdir belə davam edir və hər an faciəvi hadisə baş verə bilər. Binada 50-yə yaxın ailə yaşayır.

Bina sakinləri deyirlər ki, aidiyyəti üzrə müraciət ediblər, ancaq dəyişən bir şey yoxdur.

Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, şəhərdəki əksər binalar onların balansında olsa da, sözügedən bina onlara aid deyil.

Birliyin rəsmisi deyir ki, bina korporativ olduğundan təmir-bərpa işlərinə büdcədən vəsait ayrılması mümkün deyil.

Qurum rəsmisinin açıqlamasından belə aydın olur ki, vətəndaşların bu problemi hələ uzun müddət davam edəcək, onlar problemin həll yolunu özləri tapmalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
12
1
xezerxeber.az

2Mənbələr