AZ

Türkiyə Cənubi Qafqazda sabitlik üçün diplomatiyanın bütün imkanlarından istifadə edir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatik vasitələrdən tam şəkildə istifadə edir.

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki,  Ərdoğan bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı səsləndirib.

Türkiyə lideri vurğulayıb ki, Ankara yalnız bölgədə deyil, qlobal səviyyədə də sülh və sabitliyin təmin olunması üçün səylərini davam etdirir. O, xüsusilə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarında əldə olunan razılığın əhəmiyyətinə diqqət çəkib.

Görüşdə Ərdoğan və Paşinyan iki ölkə arasında münasibətlərin normallaşması üçün atıla biləcək növbəti addımları da müzakirə ediblər. Tərəflər eyni zamanda İsrail və İran arasında artan hərbi gərginlik barədə də fikir mübadiləsi aparıblar.

Seçilən
3
unikal.az

1Mənbələr