AZ

Bizi kim savaşa çəkmək istəyir?

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu dəfə İsrail-İran münaqişəsindən bəhs olunub. Bildirilib ki, İsrailin iyunun 13-də İrana qarşı həyata keçirdiyi hava hücumu SEPAH-ın rəhbərliyinə və nüvə obyektlərinə qarşı genişmiqyaslı əməliyyat idi.

Bu hücum nəticəsində yüksəkrütbəli İran generalları və nüvə alimləri öldürülüb. Vurğulanıb ki, sözügedən hava hücumlarına cavab olaraq İran İsrail istiqamətinə təxminən 100 PUA göndərib.

Ən diqqətçəkən addım isə İranın sualtı qayıqlardan ballistik raket buraxması olub. İran ilk dəfə bu texnologiyanı real döyüş şəraitində tətbiq edib.

Qeyd olunub ki, ABŞ İsrailə, Rusiya isə İrana ciddi dəstək verir və bu, bölgədəki balansın daha da həssaslaşmasına səbəb olur. Azərbaycan isə neytral və balanslı mövqeyini qoruyaraq öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyəcəyini bəyan edib.

Ətraflı süjetdə:

Bizi kim savaşa çəkmək istəyir?

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
oxu.az

2Mənbələr