ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"Türkiyə təkcə Cənubi Qafqazda deyil, yaxın bölgələrdə də sabitliyin bərqərar olması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşündə bildirib.
Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumata görə, görüşdə Cənubi Qafqazda sülh və dialoq prosesi, regionla bağlı mövcud hadisələr, xüsusilə Türkiyə ilə Ermənistan arasındakı təmaslar müzakirə edilib.
Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı şəraitdə əhəmiyyətinə diqqət çəkib. O, Türkiyənin hamının faydası naminə bölgənin inkişafı məqsədilə həyata keçirilən səylərə hər cür dəstəyi verməyə davam edəcəyini vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.