AZ

“Sağlığında özü mənə vəsiyyət etmişdi”-Atasının bütün əsərlərinin sahibi olacaq  - ÖZƏL

“Atamın bütün musiqilərinin mənim adıma keçirilməsi ilə bağlı proses gedir. Artıq son məqamlar qalıb. Bu yöndə hazırda Əqli Mülkiyyət Agentliyi ilə birlikdə addımlar atırıq”
 
Bunu Moderator.az-a mərhum sənətkar, xalq artisti Aftandil İsrafilovun qızı Həcər İsrafilova deyib. O daha sonra əlavə edib:
 
“Atam sağlığında hələ belə qərar vermişdi ki, bütün əqli mülkiyyəti mənə keçsin. Bunu anam da bilirdi. Mən evin ortancıl övladıyam və nisbətən incəsənətə daha yaxınam. Bundan sonra atamın əsərlərini ifa edənlər icazə alacaqlar. Bütün dünyada kriteriyalar necədirsə bizdə də elə olacaq” deyə sənətkarın övladı bildirib.
Həcər İsrafilova atasının üzə çıxmayan əsərlərinin olduğunu da bildirib:
“Atamın əlbəttə ki, arzuları var idi. Elə əsərləri var ki, insanlar heç vaxt eşitməyiblər. Biz bunları təqdim edəcəyik. Bütün bunların məsuliyyəti artıq bizim üzərimizdədir. Planda xatirə muzeyinin açılması da var. Bütün bunları zamanla edəcəyik” deyə sənətkarın övladı Həcər İsrafilova bildirib.
Seçilən
3
moderator.az

1Mənbələr