"Liverpul" "Bayer Leverkuzen"in oyunçusu Florian Virtsi transfer edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi "Liverpul"la 2030-cu ilədək müqavilə imzalayıb.
İngiltərə mətbuatı Virtsin "Liverpul"a 100 milyon funt-sterlinq, həmçinin 16,5 milyon funt-sterlinq bonusa başa gəldiyini iddia edib.
Qeyd edək ki, geridə qalan mövsümdə Bundesliqada 31 matça çıxan 22 yaşlı Virts 10 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Çempionlar Liqasındakı statistikası ilə belədir: 9 oyun, 6 qol və 1 məhsuldar ötürmə.