AZ

"Mançester Yunayted" Raşfordu İspaniya nəhənginə təklif etdi, ancaq...

Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, son mövsümü icarə əsasında "Aston Villa"da top qovan hücumçu Markus Raşford İngiltərəni İspaniyaya dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Defensa Central" yayıb.

Mənbənin məlumatına görə, "qırmızı şeytanlar"ın rəhbərliyi onun xidmətini "Real Madrid"ə təklif edib. “Mançester Yunayted” 27 yaşlı forvardı üçün təxminən 40 milyon avro almağı planlaşdırır. Hücumçu axtarışına çıxan "Kral klubu" hələ təkliflə maraqlanmır. "Real" komandadan ayrılan Xoselunun oyun üslubunda bir oyunçu transfer etmək istəyir. 

“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim Raşforddan əsas heyətdə istifadə etməyi planlaşdırmır. Bu da futbolçunun mümkün satışının səbəblərindən biri olub. İngilis futbolçu ilə "Barselona" da maraqlanır, lakin kataloniyalılar tələb olunan qiyməti ödəməyə hazır deyil.

Mirağa

Seçilən
3
fanat.az

1Mənbələr