AZ

Plastik qabı lövhəyə çırpıb qışqırmağa başladım Konte emosiyalarından danışdı

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Napoli" ilə ötən mövsüm A Seriyasının qalibi olan italiyalı mütəxəssis Antonio Konte "Yuventus"u çalışdırdığı dönəmdə (2011-2014) ardıcıl 3 dəfə skudettonu qazanmalarını yada salıb.

Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, komandaları oyuna necə köklədiyi barədə sualı cavablandıran tanınmış məşqçi emosiyaların çox vacib olduğunu vurğulayıb:

"Yuventus"da işlədiyim vaxtda oyunların birinin ilk hissəsindən sonra 2:0 hesabı ilə qalib gəlirdik. Lakin hiss etdim ki, hesaba baxmayaraq, işlər qaydasında deyil. Fasilədə paltardəyişmə otağına yollandım, plastik su qabını lövhəyə çırpıb qışqırmağa başladım. Çoxları elə bildi ki, dəliyəm, amma mən əmin idim ki, belə oynamağa davam etsək, hesabın dəyişmək ehtimalı yüksəkdir. Ustalıq həm də vaxtında duyuq düşmək və müdaxilə etmək bacarığıdır"

Nihat

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
fanat.az

2Mənbələr