FIFA referisi Elçin Məsiyev təyinat alıb.
Viral.az xəbər verir ki, referi Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsinin Almaniya – İtaliya oyununun ehtiyat hakimi olacaq.
Qarşılaşmanı litvalı Manfredas Lukjançukas idarə edəcək.
Son Yazılar:
- Elçin Məsiyev Avropa çempionatının 1/4 finalına təyinat ALDI
- “Liverpul” Florian Virtsin transferini AÇIQLADI
- Hikmət Hacıyev diplomatların Laçın səfəri ilə bağlı paylaşım etdi
İyunun 22-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi olub.