Florian Virts rəsmən "Liverpul"un futbolçusu olub.
Yenisabah.az xəbər verir ki, Premyer Liqa klubunun saytında yer alan məlumata görə, Almaniyanın "Bayer" klubunun sabiq yarımmüdafiəçisi ilə uzunmüddətli müqavilə imzalanıb.
Mətbuatda yayılan xəbərlərə görə, müqavilə 2030-cu ilə qədər qüvvədədir və "Liverpul" 22 yaşlı yarımmüdafiəçinin transferi üçün 150 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2024/25 mövsümündə Virts bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib./Oxu.az
Telegram kanalımız