"Rusiya ilə Ukrayna arasında münaqişə ancaq razılaşma yolu ilə həll oluna bilər".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus deyib.
O qeyd edib ki, Vaşinqton Moskva ilə Kiyev arasında danışıqları diqqətlə izləyir və prosesdən kənarda deyil. Bryus qeyd edib ki, “bu [münaqişənin] sona çatmasının yeganə yolu iki tərəfin görüşüb hansısa razılaşmaya gəlməsidir”.
O, ABŞ-dakı münaqişə ilə bağlı qərarları yalnız prezident Donald Trampın verəcəyini də vurğulayıb.
QAZİLER.AZ