AZ

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasında növbəti qələbəsini qazanıb

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasında növbəti matçını keçirib.

"Report" xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Farer adaları ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:1 (17:25, 25:15, 25:22, 25:23)

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan yığmasını isə 3:0 hesabı ilə üstələyib. Azərbaycan millisi növbəti matçını sabah Avstriyaya qarşı keçirəcək.

Seçilən
12
10
report.az

10Mənbələr