AZ

"Çelsi" Juninyonun komandasına uduzdu, "Benfika" ABŞ-də coşdu

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, ikinci tur çərçivəsində bu gün iki oyun keçirilib. 

D qrupunda sabiq “Qarabağ”lı Juninyonun çıxış etdiyi Braziliyanın “Flamenqo” komandası İngiltərə nəhəngi “Çelsi”ni 3:1 hesabı ilə məğlub edib. “Qarabağ”ın keçmiş hücumçusunun adı oyunun iştirak ərizəsinə salınsa da, meydana çıxmayıb.
Beləliklə, qrupda keçirdiyi hər iki matçda qələbə qazanan “Flamenqo” 6 xalla liderdir. İki oyuna 3 xalı olan “Çelsi” 2-ci pillədə qərarlaşıb.

Günün digər qarşılaşmasında C qrupunda yer alan Portuqaliyanın "Benfika" və Yeni Zellandiyanın "Oklend Siti" komandaları üz-üzə gəliblər. Portagizlər rəqibinə şans verməyərək darmadağına imza atıblar - 6:0.
"Benfika" iki oyunda 4 xal toplayıbsa, hesabında xal olmayan yeni zellandiyalılar qrup sonuncusudur.

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.

Seçilən
21
fanat.az

1Mənbələr