AZ

Voleybol: Azərbaycan millisi Farer adalarına qalib gəldi

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası bu gün Avropa Gümüş Liqasında sonuncu mərhələyə start verib.

Arena.az xəbər verir ki, Sandurda baş tutan 3-cü turun ilk oyununda Azərbaycan millisi ev sahibi Farer adaları ilə üz-üzə gəlib.

Fərid Cəlalovun rəhbərlik etdiyi yığmamız bu oyuna zəif başlayıb. İlk seti meydan sahibləri qazansalar da, voldeybolçularımız oyunda dönüş yarada biliblər. Növbəti 3 setdə qalib gələn millimiz 3:1 hesabı ilə qalib gəlib.

5 oyundan sonra hesabında 6 xal olan Azərbaycan yığması 4-cü pillədə qərarlaşıb. Farer adaları isə 3 matçdan sonra 2 xalla 6-cıdır.

Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan yığmasını isə 3:0 hesabı ilə üstələyib. Azərbaycan millisi növbəti matçını sabah Avstriyaya qarşı keçirəcək.

Avropa Gümüş Liqası
3-cü tur, 5-ci oyun
20 iyun

Azərbaycan – Farer adaları 3:1 (17:25, 25:15, 25:22, 25:23)
Hakimlər: Niklas Tomsen (Danimarka), Raymond Haamberq (Niderland).
Sandur, “Höllin inni i Dal”.

Seçilən
20
arena.az

1Mənbələr