AZ

Məsiyev Almaniya - İtaliya oyununa təyinat aldı

style='margin-bottom:10px;'>

FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

QOL.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsinin Almaniya - İtaliya oyununun ehtiyat hakimi olacaq.

Qarşılaşmanı litvalı Manfredas Lukjançukas idarə edəcək.

İyunun 22-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) oyunlarının baş hakimi olub.

Seçilən
22
20
teleqraf.com

10Mənbələr