14 yaşa qədər oğlanlardan ibarət millimiz basketbol üzrə "Airom Cup" beynəlxalq turnirində üçüncü oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Qazaxıstanın Atırau şəhərində təşkil edilən yarışda rəqibimiz yerli "Airom" klubu olub.
Basketbolçularımız 89:32 hesablı qələbə ilə ardıcıl üçüncü dəfə parketdən üstün ayrılıb.
Qeyd edək ki, komandamız ilk qarşılşmada Qırğızıstanın "Edelveys"inə 94:13, Rusiyanın "Devons"una 89:23 hesabı ilə qalib gəlib.
Sabah başa çatacaq turnirin ən güclüsü dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta