AZ

Tramp İrana qarşı yerüstü əməliyyatlara işarə etdi - “onlar Avropa ilə danışmaq istəmir”...


İsrail və İran arasında 8 gündür davam edən müharibədə atəşkəs əldə edilməsi üçün Cenevrədə İran və Avropa ölkələri arasında danışıqlar keçirilib. Danışıqlardan sonra ABŞ prezidenti Donald Tramp diqqətçəkən açıqlamalar verib.

Tramp İranın Avropa əvəzinə ABŞ-la görüşmək istədiyini iddia edib: "Bir müddətdir ki, İranla danışırıq. İran Avropa ilə danışmaq istəmir. Avropanın danışıqlardan çox fayda verəcəyini də düşünmürəm".

Tramp deyib ki, İsrail yaxşı gedir. İran daha az pis gedir. Hər ikisini dayandırmaq çətin olacaq. Tramp İranın nüvə silahı istehsal etdiyinə dair heç bir dəlil olmadığını deyən kəşfiyyatı növbəti dəfə təkzib edib: "Kəşfiyyat birliyim səhv edir. Bunu kim deyir? Milli kəşfiyyatın direktoru Tulsi Qabbard səhv edir".

ABŞ prezidenti İrana qarşı yerüstü əməliyyatlardan da danışıb. Bildirib ki, edə biləcəyimiz ən son şey yerüstü əməliyyatdır: “Mən onlara son tarix verirəm. Ən çoxu iki həftə. Mən həmişə sülhm tərəfdarıyam. Bəzən sərtliyə ehtiyacınız olur, amma həmişə sülh tərəfdarıyam".

Fordo nüvə obyektinin dağıdılmasına gəlincə, Tramp bildirib ki, İsrailin İranın obyektlərini məhv etmək imkanları məhduddur, onlar çox dərinə gedə bilmirlər, bəlkə də buna ehtiyac olmayacaq.

İranın İsrailin hücumlarının dayandırılması şərti ilə danışıqlara qayıtması təklifinə gəlincə Tramp deyib: "Məncə, bu tələbi hazırda irəli sürmək çətindir. Biri qalib, digəri uduzursa, bunu etmək daha çətindir. Amma biz buna hazırıq, istəkliyik və bacarırıq..."

Tramp İranda rejim dəyişikliyinə də işarə edib. Bildirib ki, artıq rejimi devirsələr, təəccüblənmərəm. İran geri addım atsa, uduzacaq. İsrar etsə, itirəcək.

TAHİR

Seçilən
11
baki-xeber.com

1Mənbələr