AZ

Dövlətə xəyanətdə ittiham olunan şəxsin apellyasiya şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviçin barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə verilmiş ittiham dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Hökmə əsasən Svetliçnıy İvan Nikolayeviç 16 il 1 ay azadlıqdan məhrum edilib.

 

Qeyd: Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilirdi.

 

Kamal Məmmədov

Tarix: 21 İyun 2025, 08:23   
Seçilən
9
1
pravda.az

2Mənbələr