AZ

Saxta sənədlərlə şirkət əməkdaşlarının adına kredit götürən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə ələ almada təqsirləndirilən Babək Yusiflinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Nərimanov Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 il müddətinə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, Babək Yusifli Bakıda MMC-lərin birinin direktoru vəzifəsində çalışan şəxslə 2021-ci ilin oktyabr-noyabr aylarında görüşüb, saxta sənədlər əsasında bankdan kredit vəsaitləri əldə edilərək özünün və üçüncü şəxslərin xeyrinə yönəldilməsinə və qazanc əldə edilməsinə köməklik göstərəcəyini bildirib. O, ayrı-ayrı şəxslərin MMC-də işləməklə aylıq əmək haqqı alması barədə bilə-bilə yalan məlumatları “my.gov.az” Elektron Hökumət portalına daxil etmək qərarına gəlib. Daha sonra Babək ümumilikdə 12 nəfər arasında saxta elektron arayışlar əsasında bağlanmış və kredit müqavilələri üzrə müxtəlif məbləğlərdə - ümumilikdə 53 500 manat pul vəsaitini götürüb və həmin tanışı arasında bölüşdürüb. O, 12 nəfər şəxsin adına bankdan götürülmüş kredit üzrə pul vəsaitinin banka ödənilməməsinə nail olaraq, vəzifəli şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 21 İyun 2025, 08:27   
Seçilən
5
3
pravda.az

4Mənbələr