BAKI, 21 iyun. TELEQRAF
ABŞ-nin sabiq birinci xanım Mişel Obama bildirib ki, oğlan övladının olmamasına "çox şaddır".
Teleqraf xəbər verir ki, sabiq prezidentin xanımı bunu qonaq olduğu radio verilişində deyib.
M.Obama bildirib ki, oğlu olsa, uşaq ağır yükü - məşhur atasının adını daşıyacaqdı.
Sabiq birinci xanım bugünkü cəmiyyətdə oğlan uşaqlarının yetişdirilməsinin çətinliklərini müzakirə edərkən deyib: “Çox şadam ki, oğlum olmadı.”
Xanımdan nə üçün oğlan uşağı doğmadığını soruşlublar və bu suala o belə cavab verib: "Çünki o, Barak Obama olardı!"