Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin Bakıda “Hayduk”la (Xorvatiya) keçiriləcək oyununun vaxtı dəyişdirilib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, iyulun 24-də yox, 23-də keçiriləcək. Buna səbəb iyulun 24-də Bakıda “Araz-Naxçıvan”ın da Konfrans Liqası matçının olmasıdır.
UEFA-nın qaydalarına əsasən, bir yarışda eyni şəhərdə iki oyun keçirilə bilməz. Buna görə də “Zirə”nin matçı bir gün əvvələ dəyişdirilib.
Oyun “Neftçi Arena”da keçiriləcək.
Komandalar arasında cavab görüşü iyulun 31-də Xorvatiyada olacaq.