AZ

Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək

Bu gün Bakıda ilk dəfə təşkil olunan UFC turniri baş tutacaq.

Publika.az xəbər verir ki, Bakı Kristal Zalında keçiriləcək "UFC Döyüş Gecəsi"ndə ümumilikdə 12 döyüş olacaq.

Saat 20:00-dan etibarən başlayacaq tarixi gecədə Azərbaycanı üç idmançı təmsil edəcək.

Yarışın ikinci ən vacib döyüşündə yüngül çəki dərəcəsində reytinq cədvəlinin 11-cisi olan Rafael Fiziyevlə çilili İqnasio Baxamondes üz-üzə gələcək.

Aktivində 10 qələbə, 1 heç-heçə və eynisayda məğlubiyyəti olan Nazim Sadıxov braziliyalı Nikolas Mottanı sınağa çəkəcək.

UFC-nin debütantı Tofiq Musayev isə qırğız Mıktıbek Oralbayla münasibətlərə aydınlıq gətirəcək.

"UFC Döyüş Gecəsi"nin əsas döyüşü isə keçmiş yarım ağır çəki çempionu Camaal Hilllə sabiq kəmər iddiaçısı Xalil Rauntri arasında baş tutacaq.

"UFC Döyüş Gecəsi"

İlkin sıralama

1) Yarım yüngül çəki: İrina Alekseeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa)

2) Yarım orta çəki: Sok Hyön Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels)

3) Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Muhammad Usman (11-4-0, Nigeriya)

Seçilən
15
9
publika.az

7Mənbələr