AZ

Almaniyada daxiliyanma mühərriki ilə bağlı strategiya dəyişir

Bu onilliyin əvvəlində əksər avtomobil istehsalçıları bir məsələdə yekdil idilər. onlar iddia edirdilər ki, 2030-cu ildən sonra bütün avtomobillər elektrik mühərriki ilə təchiz ediləcək. Lakin onlar bir məsələdə səhvə yol verdilər.

Avtosfer.az xəbər verir ki, bu açıqlama ilə “Mercedes” konserninin direktoru Ola Kalenius çıxış edib. 

Avtomobil konstruktorunun fikrincə, istehsalçıların əsas xətası istehsalçıların mövqeyini nəzərə almamaq idi. İstehlakçılar elektromobilə keçməyə tələsmirlər. Kalenius əlavə edib ki, hibrid mühərriklər hələ azı 10 il istismarda olacaq. 

Statistika göstərir ki, “Mercedes”in qeyri-ənənəvi dizaynda elektromobilləri alıcı rəğbəti qazanmayıb.

Qərb mediası yazır ki, 2015-ci ilin iyununda “Audi” şirkəti tam 10 il sonra daxiliyanma mühərriki ilə vidalaşacağını bildirmişdi. Bu günlərdə isə şirkət klassik mühərrikdən imtinanı 2030-cu ildən sonraya saxladığını bildirib. 
Oxşar açıqlama ilə başqa avropalı istehsalçılar da çıxış ediblər.

Vüqar Yaşaroğlu

Seçilən
11
1
avtosfer.az

2Mənbələr