Bakı. Trend:
Transadriatik qaz kəməri (TAP) ilə qazı nəqli həcmləri 2025-ciilin bahar aylarında sabit artım nümayiş etdirib.
TAP AG konsorsiumundan Trend-ə verilən məlumata görə, mart ayında cari ildəhəyata keçirilmiş tədarüklərin həcmi baxımından rekord göstəriciqeydə alınıb.
2025-ci ilin yanvar ayından may ayına kimi TAP Avropayaümimilikdə 4,480 milyard kubmetr təbii qaz nəql edib.
Aylıq bölgü aşağıda göstərilən şəkildədir:
Ay | Həcm (mlrd kub/m) |
---|---|
Yanvar | 0,835 |
Fevral | 0,815 |
Mart | 0,993 |
Aprel | 0,905 |
May | 0,932 |
Məlumatlar fevraldan may ayınadək tədarük həcmlərində ardıcılartımın olduğunu göstərir. Mart ayı isə – tədarük həcminin 1milyard kubmetrə yaxınlaşdığı dövr – ilin ilk beş ayı ərzində ənməhsuldar ay olub.
Konsorsiumun məlumatına görə, 2020-ci ilin sonlarında kommersiyaistismarına başlanıldığından bəri ümumi tədarük həcmi 47,222milyard kubmetrə çatıb.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas elementi olan TAPAvropaya enerji tədarük marşrutlarının şaxələndirilməsində mühümrol oynayır və qitənin karbonsuzlaşdırma prosesinə töhfə verir.
Hal-hazırda illik təqribən 10 milyard kubmetr ötürücülükqabiliyyətinə malik olan TAP-ın gücünün 20 milyard kubmetrə qədərartırılması potensialı mövcuddur ki, bu da Avropanın enerjitəhlükəsizliyini və dayanıqlığını gücləndirmiş olacaq.
X: @Lyaman_Zeyn