AZ

“ChatGPT”yə bu dörd mövzuda suallar VERMƏYİN!

Texnologiyanın sürətlə inkişaf etməsi ilə süni intellekt həyatımızın bir çox sahəsində köməkçiyə çevrilib. 

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, ChatGPT kimi çatbotlar yemək reseptlərindən texnoloji mövzulara qədər geniş spektrdə suallara cavab verir. 

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu sistemlərə hər sahədə güvənmək təhlükəli ola bilər. Süni intellektin cavabları bəzi hallarda təhlükəli yanlış yönləndirmələrə və təhlükəsizlik risklərinə səbəb ola bilər. 

Aşağıda ChatGPT və oxşar sistemlərə əsla verilməməli olan dörd əsas mövzu yer alır:

1. Sağlamlıq problemləri və müalicə tövsiyələri

ChatGPT ümumi sağlamlıq barədə məlumat verə bilər. Amma şəxsi tibbi vəziyyətlərdə bu cür sistemlərin cavabları etibarlı deyil. Hər bir insanın sağlamlıq durumu fərqlidir və süni intellektin verdiyi tövsiyələr yanlış ola bilər. Mütəxəssislər sağlamlıqla bağlı bütün hallarda həkimə müraciət edilməsini tövsiyə edir.

2. İnvestisiya məsləhətləri və maliyyə qərarları

Maliyyə qərarları şəxsi risk profili və cari iqtisadi göstəricilər əsasında verilməlidir. Süni intellekt internetdəki məlumatlara əsaslanaraq təkliflər versə də, bunlar fərdi uyğunluq daşımır. Yanlış istiqamətləndirmə ciddi maddi itkilərə və hətta dələduzluq riskinə səbəb ola bilər. Bu səbəbdən investisiya məsləhətləri yalnız ixtisaslı mütəxəssislərdən alınmalıdır.

3. Şəxsi məlumatlar və məxfi informasiyalar

ChatGPT-yə şəxsiyyət vəsiqəsinin nömrəsi, bank məlumatları və ya ünvan kimi həssas məlumatların verilməsi ciddi təhlükə yarada bilər. Belə məlumatlar sistemdə qeydə alına və dələduzların əlinə keçə bilər. Məxfiliyin qorunması baxımından şəxsi məlumatlar süni intellektlə paylaşılmamalıdır.

4. Qanunsuz və etikadan kənar tələblər

Süni intellektin bəzən qanunsuz və etik normalara zidd məqsədlərlə istifadə edildiyi hallara da rast gəlinir. Şiddət məzmunları, kiber hücum planları və digər cinayət xarakterli istəklər təkcə mənəvi deyil, hüquqi cəhətdən də ciddi fəsadlara səbəb ola bilər. Bu cür sorğular hüquqi məsuliyyətə və ağır cəzalara yol aça bilər.

Göründüyü kimi, süni intellekt gündəlik həyatda faydalı alətə çevrilsə də, onun imkanlarının məhdudiyyətlərini və potensial risklərini nəzərə almaq vacibdir. Mütəxəssislər tövsiyə edir ki, sağlamlıq, maliyyə və məxfi məlumatlarla bağlı həssas mövzularda yalnız mütəxəssislərə güvənin.

Bizim.Media 

Seçilən
1
bizim.media

1Mənbələr