AZ

Diplomatik korpus nümayəndələrinin Şuşa səfəri başladı

ŞUŞA, 21 iyun. TELEQRAF

Laçın səfərini başa vuran diplomatik korpus nümayəndələrinin artıq Şuşaya səfəri başlayıb.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar ilk öncə bəstəkar, musiqişünas-alim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin ev-muzeyinə baş çəkiblər.

Onlara ev-muzeyi haqqında məlumat verilib.

Xatırladaq ki, muzey 1959-cu ildən 1992-ci ilə qədər fəaliyyət göstərib. 1992-ci ildə Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra muzey öz fəaliyyətini dayandırıb, eksponatları talanıb və muzeyin binası dağıdılıb. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-nı qorumaq mümkün olub.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri təşkil olunub.

Səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər, ümumilikdə 100 yaxın diplomat iştirak edir.

Seçilən
2
3
teleqraf.com

4Mənbələr