AZ

Karapetyanı ən ağır islah müəssisəsinə göndəriblər

Xəbər verdiyimiz kimi Kremlə yaxınlığı ilə tanınan məşhur erməni iş adamı "Tashir group"un rəhbəri Samvel Karapetyana qarşı cinayət işi açılıb. KİV biznesmenin saxlanılmasını onun siyasi açıqlamaları ilə əlaqələndirir.

“Joğovurd” qəzeti isə bu gün diqqət çəkən xəbər yayıb. 

Nəşr yazır: “Bizdə olan məlumata görə, iki gündür ki, Armavir islah müəssisəsində olan iş adamı və xeyriyyəçi Samvel Karapetyan ciddi nəzarət altındadır. Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, Karapetyan tam təcrid olunub, karantindədir və cəzasını tək kameralı otaqda çəkir. Onun kamerasının qapısında gecə-gündüz müşahidə aparan kamera quraşdırılıb. Armavir islah müəssisəsi həm mühakimə olunanların, həm də məhbusların saxlandığı Ermənistanda ən sərt və ən çətin müəssisələrdən biri hesab olunur”.

Tural

Seçilən
18
news365.az

1Mənbələr