AZ

Putin bəyanat YAYDI: "Kütləvi qırğın silahlarının..."

Ajans.az xəbər verir ki, bu bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib. Onun sözlərinə görə, İranın nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək hüququ var və Rusiya dinc nüvə enerjisinin inkişafında ona dəstək verməyə hazırdır. Bundan əvvəl İran Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Tehran nüvə silahının olmaması ilə bağlı “istənilən” sazişi bağlamağa hazırdır, lakin dinc nüvə enerjisini inkişaf etdirmək hüququnun məhdudlaşdırılması ilə bağlı şərtləri qəbul etməyəcək. Nazirlik həmçinin qarşıdakı danışıqlarda “razılaşmaya yol açmağa” kömək edəcək “öz təklifini” təqdim etməyi planlaşdırdığını açıqlayıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
89
50
Ajans.az

10Mənbələr