AZ

İsrail SEPAH-ın Fələstin bölməsinin rəhbərini zərərsizləşdirib - Katz

Bakı. Trend:

İsrailin İranın Qum şəhərində endirdiyi aviazərbə nəticəsindəİslam İnqilabı Keşikçiləri Korpusunun Fələstin Bölməsinin başçısıSəid İzadi öldürülüb.

Trend “Times ofIsrael”ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiənaziri İsrael Katz bəyan edib.

Katzın sözlərinə görə, öldürülmüş İzadi “7 oktyabr” teraktıərəfəsində HƏMAS-ın maliyyləşdirilməsi və silahlandırılmasındaiştirak edib.

“Bu İsrail kəşfiyyatı və İsrail Hava Qüvvələri üçün nəhəngnailiyyətdir. Terror qurbanları və əsirlər üçün ədalətdir. İsrailinuzun əlləri bütün düşmənlərə uzanacaq”, - deyə Katz əlavə edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
7
2
az.trend.az

3Mənbələr