"CFI Financial İnvestisiya Şirkəti"nin 2025-ci ilin yanvar-may ayında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 180,9 milyon manat təşkil edib.
Valyuta.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 80,5% və ya 746,07 milyon manat azalıb. Belə ki, 2024-ci ilin yanvar-may aylarında şirkətin (“Azfinance” adlanırdı) dövriyyəsi 927 milyon manat təşkil edib. Bağlanan əqdlərin sayı isə 868-dən 68-ə enib.
Bu dövrdə investisiya şirkətinin birja əməliyyatlarının 170 milyon manatı dövlət istiqrazlarının, 760,7 milyon manatı repo əməliyyatlarının, 12,5 milyon manatı isə korporativ istiqazların payına düşüb. May ayında investiya şirkəti il ərzində ilk dəfə 1,04 milyon manatlıq səhm dövriyyəsi edib. İlk beş ayda AMB notları üzrə əməliyyat isə aparılmayıb.
Qeyd edək ki, “CFI Financial İnvestisiya” bu ilin ilk beş ayında daxili birjada dövriyyəsi ən çox azalan şirkət olub.
Xatırladaq ki, "AzFinance Investment Şirkəti" ötən ilin avqust "CFI Financial Group"a satıldıqdan sonra rebrendinqini elan edib və "CFI Financial İnvestisiya Şirkəti"nə çevrilib.
NARA