AZ

Bakıda nəhəng qarşılaşmalar UFC başlayır

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Bu gün Bakıda ilk dəfə olaraq UFC (Ultimate Fighting Championship) turniri keçiriləcək.

QOL.az-ın məlumatına görə, UFC-ni qarışıq döyüş sənətləri növlərinin Çempionlar Liqası da adlandırmaq olar. Bu, dünyanın ən nüfuzlu idman yarışlarından sayılır.

Bakı Kristal Zalında (Baku Crystal Hall) təşkil olunacaq yarış saat 20:00-da başlanacaq, 23:00-da isə əsas qarşılaşmalara start veriləcək.

Döyüşlər Azərbaycanda “İdman” TV vasitəsi ilə yayımlanacaq. 

“UFC Fight Night”ın əsas qarşılaşmasında (reytinq xarakterli) ABŞ təmsilçiləri Camahal Hill (Jamahal Hill) və Halil Rauntri (Khalil Rountree) üz-üzə gələcəklər.

Azərbaycan döyüşçülərindən Tofiq Musayev Mıktıbek Orolbai (Qırğızıstan), Rafael Fiziyev İqnasio Bahamondeslə (Çili), Nazim Sadıxov isə Nikolas Motta (Braziliya) ilə qarşılaşacaq.

“UFC Fight Night”ın görüşləri

İlkin döyüşlər

Yarım yüngül çəki: İrina Alekseyeva (Rusiya) - Klaudiya Siqula (Polşa)

Yarım orta çəki: Sok Hyön Ko (Cənubi Koreya) - Oban Elliott (Uels)

Ağır çəki: Hamdi Abdel Vahab (Misir) - Muhammad Usman (Nigeriya)

Yarım yüngül çəki: Melissa Mallins (İngiltərə) - Darya Jeleznyakova (Rusiya)

Orta çəki: İsmail Naurdiyev (Mərakeş) - Pak Çun Yon (Cənubi Koreya)

Super yüngül çəki: Taqir Ulanbekov (Rusiya) - Maksum Azat (Qazaxıstan)

Əsas döyüşlər

Yarım yüngül çəki: Məhəmməd Nayimov (Tacikistan) - Boqdan Qrad (Avstriya)

Yüngül çəki: Nazim Sadıxov (Azərbaycan) - Nikolas Motta (Braziliya)

Ağır çəki: Körtis Bleyds - Rizvan Kuniyev (Rusiya)

Yüngül çəki: Tofiq Musayev (Azərbaycan) - Mıktıbek Orolbai (Qırğızıstan)

Yüngül çəki: Rafael Fiziyev (Azərbaycan) - İqnasio Bahamondes (Çili)

Yarım ağır çəki: Camal Hill (ABŞ) - Halil Rauntri (ABŞ)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
49
qol.az

10Mənbələr