Yevlaxda 17 yaşlı oğlan atdan yıxılaraq xəstəxanalıq olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Hacıselli kəndində baş verib. Belə ki, 2008-ci il təvəllüdlü rayon sakini Rövşən İsmayılov atdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı gənc dərhal doğmaları tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.