İranın Qum şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) "Əl-Qüds" hərbi xüsusi bölməsinin Fələstin şöbəsinin rəhbəri Səid İzadi öldürülüb.
"Report"un "The Times of Israel" nəşrinə istinadən məlumatına görə, bunu İsrailin müdafiə naziri İsrael Kats bildirib.
"İsrail kəşfiyyatının və İsrail Hərbi Hava Qüvvələrinin böyük nailiyyəti", - deyə o əlavə edib.
Onun sözlərinə görə, İzadi 7 oktyabrda baş verən hücumdan əvvəl HƏMAS-ı maliyyələşdirib və silahlandırıb.