AZ

Klublararası dünya çempionatı: “Bavariya” 1/8 finala vəsiqə qazanıb

Bakı, 21 iyun, AZƏRTAC

ABŞ-da təşkil olunan klublararası dünya çempionatında daha 2 oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, qarşılaşmalar C və D qruplarında baş tutub.

C qrupunda Argentinanın “Boka Xuniors” klubunu 2:1 hesabı ilə məğlub edən Almaniya “Bavariyası” 1/8 finala vəsiqəni təmin edib.

D qrupunda isə Tunisin “Esperans” komandası ABŞ təmsilçisi “Los-Anceles”i minimal hesabla üstələyib.

Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

Seçilən
24
3
azertag.az

4Mənbələr