AZ

Dəbilqəsiz yola çıxan motosiklet sürücüsü qəza şəraiti yaratdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakıda qaydaları pozaraq təhlükə yaradan motosiklet sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 19-da, paytaxtın Bünyad Sərdarov küçəsilə Həsən Seyidbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 99-C-570 qeydiyyat nişanlı motosikletin sürücüsü sola dönən zaman qəfildən sağ zolağa yerdəyişmə edib. Bu zaman görüntünü qeydə alan avtomobilin qəfildən qarşısına çıxaraq ona təhlükə yaradıb. Daha sonra dönmə işığını sola yanılı saxlayaraq sağ zolaqla hərəkət edib.

Videogörüntüdən də aydın şəkildə görünür ki, sürücü nəqliyyat vasitəsinin hərəkəti zamanı motodəbilqədən istifadə etməyib.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
avtosfer.az

1Mənbələr