AZ

Rusiya İranın sülh məqsədli nüvə texnologiyasına dəstək verməyə hazırdır - Putin

BAKI, TurkicWorld

Rusiya Prezidenti Vladimir Putin, İranın nüvə silahı əldə etmək niyyətinə dair yayılan iddialarla bağlı açıqlama verib.

TurkicWorld xəbər verir ki, Putin bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə silahı hazırlamaq istədiyinə dair heç bir məlumat və ya sübuta malik deyil.

“İran dəfələrlə bəyan edib ki, onun məqsədi nüvə silahı yaratmaq deyil. MAQATE-nin də bu istiqamətdə heç bir əlamət və sübutu yoxdur” – deyə Rusiya lideri qeyd edib.

Putin həmçinin vurğulayıb ki, İran İslam Respublikası sülh məqsədli nüvə texnologiyalarını inkişaf etdirmək hüququna malikdir və Rusiya bu sahədə Tehrana yardım göstərməyə hazırdır.

Qeyd edək ki, bu açıqlama İsrail və Qərb ölkələrinin İranın nüvə fəaliyyəti ilə bağlı artan narahatlıqları fonunda verilib.

Seçilən
16
turkic.world

1Mənbələr