AZ

Neft qazma qurğularının sayı azaldı

ABŞ-da bu həftə neft qazma qurğularının sayı 1 vahid azalıb.

News24.az xəbər verir ki, neft yataqları üzrə xidmət şirkəti "Baker Hughes" tərəfindən yayımlanan məlumatlara əsasən, 14–20 iyun tarixlərini əhatə edən həftədə ölkədəki neft qazma qurğularının sayı əvvəlki həftə ilə müqayisədə 1 ədəd azalaraq 438-ə düşüb.

Son 1 il ərzində isə ABŞ-da neft qazma qurğularının sayı 46 ədəd azalıb.

Onu da qeyd edək ki, "Brent" markalı neftin bir barelinin qiyməti cümə axşamını 77,32 dollar səviyyəsində başa vurduqdan sonra, cümə günü 75,25 dollar səviyyəsində tamamlanıb.

"Qərbi Texas (WTI)" növlü xam neftin bir bareli isə cümə gününü 73,49 dollar səviyyəsində bitirib. Bu neft növünün bir bareli cümə axşamı 73,18 dollar olub.


Günel Məlikzadə

Seçilən
9
news24.az

1Mənbələr