AZ

Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulasıdəyişir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasındadəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində özəksini tapıb.

Mövcud preambulada bildirilib ki, Naxçıvanın muxtariyyətininəsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri iləqoyulub. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanıntərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazihüdudları dəqiqləşdirilib. Naxçıvan 1921-ci il martın 16-danbaşlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cüil iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-danNaxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. 1926-cı ildəNaxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildəikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilib. NaxçıvanMuxtar Respublikasının bu Konstitusiyasının əsasını AzərbaycanRespublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində -referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Qanun layihəsində bildirilib ki, Naxçıvan Muxtar RespublikasıAzərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. NaxçıvanMuxtar Respublikasının bu Konstitusiyasının əsasını “AzərbaycanRespublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ciil 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasınındövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixliKonstitusiya Aktında təsbit edilmiş prinsiplər və AzərbaycanRespublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində -referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
18
22
az.trend.az

10Mənbələr