AZ

Ərəb Dövlətləri Liqasından İsrailə çağırış

Ərəb Dövlətləri Liqasının Xarici İşlər Nazirləri İsrailin İrana qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə qınayıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, nazirlər birgə bəyanatla çıxış edərək, bu cür hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.

Bəyanatda qeyd olunur ki, bölgədə gərginliyin daha da artmasının qarşısını almaq və sabitliyin təmin olunması üçün regional və beynəlxalq səviyyədə səylər gücləndirilməlidir. Nazirlər eyni zamanda, Yaxın Şərqdə hərtərəfli atəşkəsin əldə olunması və davamlı sülhün təmin edilməsi istiqamətində təşəbbüslərin intensivləşdirilməsinə çağırıblar.

Qurumun yaydığı açıqlamada İsrailin hərbi addımlarının bölgədə vəziyyəti daha da təhlükəli hala gətirdiyi və diplomatik həll yollarına üstünlük verilməsinin vacibliyi bir daha xatırladılıb.

Əli Hüseynov

Seçilən
6
2
bakivaxti.az

3Mənbələr