AZ

Samvel Şahramanyan həbs oluna bilər

Qarabağdan qovulmuş separatçıların sonuncu başçısı Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsi qarşısında çıxış etmək üçün ikinci bildiriş alıb. Onun dindirilməsi iyunun 27-nə təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

“Şahramanyanın dindirilməsi intensivləşir və prosesin onun həbsi ilə başa çatması mümkündür”.

Qəzet qeyd edib ki, istintaq orqanı 2023-cü ilin sentyabrında azərbaycanlıların hücumu zamanı rəsmi səhlənkarlıq və sursatların təhvil verilməsi faktı ilə bağlı araşdırma aparır. İş qondarma “artsaxın keçmiş təhlükəsizlik katibi” Samvel Babayanın ifadəsi əsasında başlanıb.

Seçilən
8
modern.az

1Mənbələr