AZ

Cey Di Vens: Tramp İranın nüvə proqramını dayandırmaq üçün zəruri olan hər şeyi edəcək

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"ABŞ Prezidenti Donald Tramp sonuna qədər İran ilə münaqişəni diplomatik yollarla həll etməyə çalışacaq, lakin son nəticədə o, İranın nüvə proqramını məhv etmək üçün lazım olan hər şeyi edəcək".

Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində deyib.

"O dedi ki, nə qədər mümkündür diplomatik metodlara üstünlük verəcək. Və diplomatiyanın tamamilə tükəndiyinə, əlavə danışıqların bizə heç nə verməyəcəyinə qərar verdikdən sonra, düşünürəm ki, prezident Tehran tərəfindən uranın zənginləşdirilməsinə son qoymaq və İranın nüvə proqramını dayandırmaq üçün zəruri olan hər şeyi edəcək", - deyə Cey Di Vens bildirib.

O, vurğulayıb ki, son qərarı Donald Tramp verəcək.

"Mənə elə gəlir ki, vaxt tükənir, amma prezidentin dediyi kimi, o, bir az da gözləmək və diplomatiyanın nəyə nail ola biləcəyini görmək istəyir", - deyə siyasətçi əlavə edib.

Vensin sözlərinə görə, Tramp İranla bağlı nə etmək və nə zaman etmək niyyətində olduğunu heç kimə deməyəcək.

Qeyd edək ki, aprel ayından bəri ABŞ və İran Omanın vasitəçiliyi ilə nüvə sazişi üzrə dolayı danışıqların beş raundunu keçirib. Altıncı raund iyunun 15-də keçirilməli idi, lakin iyunun 13-nə keçən gecə İsrail İrana qarşı əməliyyata başlayıb və bunu Tehranın nüvə bombası yaratmaq imkanı ilə izah edib.

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişəyə ABŞ-nin müdaxiləsini istisna etməyib. O, İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib və öz sözlərini "yekun ultimatum" adlandırıb. Ağ Evdə məlumat verildiyi kimi, iyunun 19-da Tramp Vaşinqtonun münaqişədə iştirakı ilə bağlı qərar vermək üçün iki həftə vaxt verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
oxu.az

1Mənbələr