AZ

GÖZLƏR İSTANBULDA İslam dünyası İran İsrail savaşı ilə bağlı bir araya gəlir

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İsrail ilə İran arasındakı münaqişələrin sürətlə dərinləşdiyi bir vaxtda bu gün Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə zirvəsi keçiriləcək.

İstanbulda keçirilən bu toplantıya təşkilatın 57 üzv ölkəsindən 40-dan çox xarici işlər naziri qatılacaq. Ümumilikdə iştirakçı sayının 1000-ə çatması gözlənilir ki, bu da İƏT tarixində rekord göstəricidir.

Zirvədə əsas müzakirə mövzuları bölgədə təhlükəsizlik, həmrəylik və İsrailin İrana qarşı həyata keçirdiyi son hücumlar ətrafında cəmlənib.

Zirvə öncəsi Aralıq Dənizi ölkələrinin birliyi olan Ərəb Liqası da İstanbulda fövqəladə toplantı keçirib. Hər iki tədbirdə İran Xarici İşlər Naziri Abbas Əraqçı iştirak edir. Görüşlərdə bölgədə gərginliyin azaldılması üçün ortaq diplomatik addımlar müzakirə olunur.

Türkiyəni zirvədə Xarici İşlər Naziri Hakan Fidan təmsil edir. Zirvə açılış nitqini Fidan edəcək, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan da tədbirdə iştirak edəcək.

Zirvəyə Azərbaycanın, Qətərin, Səudiyyə Ərəbistanının, Pakistanın, İndoneziyanın, Əlcəzairin, Misirin və Ürdünün xarici işlər nazirləri də qatılıb.

İƏT zirvəsinin əsas məqsədi, Orta Şərqdə və ümumilikdə İslam ölkələri arasında birlik və həmrəylik hissini gücləndirmək, İsrail-İran gərginliyi fonunda koordinasiyalı və vahid mövqe sərgiləməkdir. Orta Şərqdə davam edən münaqişələr fonunda təşkil olunan bu zirvə, regional təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
azpolitika.info

2Mənbələr