AZ

"Bir zəng həyat qurtarar - DİN-dən ailələrə ÇAĞIRIŞ

Ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edən şəxslər itkin kimi axtarışa verilir. Hər dəfə bu cür hallarda polis əməkdaşları vaxt, resurs və qüvvə sərf edir, itkin düşmüş şəxslərin sağlamlığı və təhlükəsizliyi üçün təcili tədbirlər görür.

 

Pravda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Hacıyev Facebook sosial şəbəkə hesabında paylaşım edib.

 

“Xahiş edirik ki, uşaqlarınızın, yaşlı ailə üzvlərinizin harada olduğunu diqqətdə saxlayın. Unutmayın! Bir zəng, bir mesaj bəzən yüzlərlə insanın narahatlığını, yüzlərlə dəqiqəlik axtarış əməliyyatını aradan qaldıra bilər. Polis sizin təhlükəsizliyiniz üçündür. Özünüzü və yaxınlarınızı qorumaq üçün məsuliyyətli olun” , - deyə məlumatda qeyd olunub.

 

Tarix: 21 İyun 2025, 12:03   
Seçilən
5
2
pravda.az

3Mənbələr