AZ

Asim Mollazadə siyasi istefalardan DANIŞDI: ... bu günün əsas çağırışıdır

Son günlər Azərbaycan siyasi arenasında bir sıra partiya rəhbərlərinin istefaları ictimaiyyətin diqqətindədir.

Bu proses müxtəlif şərhlərə və müzakirələrə səbəb olub, bir çoxları baş verənləri siyasi sistemdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirir.

Məsələyə münasibət bildirən siyasətçilər arasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də var.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat konkret istefalarla bağlı detallı açıqlama verməkdən çəkinib:

"Mən istefalar dalğası ilə bağlı detallı şərh vermək istəmirəm. Ümumi siyasi proseslər fonunda isə gənclərin siyasətə cəlb edilməsinin vacibliyi ön plandadır".

Partiya sədri qeyd edib ki, bu gün Azərbaycanın siyasi mühitində ən önəmli və prioritet məsələlərdən biri gənclərlə işləmək, onların intellektual və fəal potensialını siyasi proseslərə yönəltməkdir. Onun fikrincə, ölkədə davamlı siyasi inkişaf və sağlam siyasi institutların formalaşması üçün yeni nəsil siyasətçilərin meydana çıxması həyati əhəmiyyət daşıyır:

“Gənclər siyasəti ilə işləmək bu günün əsas çağırışıdır. Onları dinləmək, dəstəkləmək və bu sahədə sistemli fəaliyyət qurmaq lazımdır",- deyə Asim Mollazadə bildirib.

Əli Hüseynov

Seçilən
10
1
bakivaxti.az

2Mənbələr