AZ

UEFA "Qarabağ"a ödəniş etdi

UEFA 2024/2025 mövsümündə avrokuboklarda iştirak edən “Qarabağ” klubuna ödəniş edib.

Modern.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Ağdam təmsilçisinə 753.608 (yeddi yüz əlli üç min altı yüz səkkiz) avro verilib.

Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Seçilən
9
8
modern.az

10Mənbələr