AZ

"Sabah" - "Tsele": UEFA hər iki oyunun başlama saatını açıqladı

BAKI. 21 iyun. TELEQRAF

Futbol üzrə Avropa Liqasında Azərbaycan təmsilçisi "Sabah" və Sloveniyanın "Tsele" komandaları arasında keçiriləcək I təsnifat mərhələsinin hər iki oyunun yeri və başlama saatı açıqlanıb.

Teleqraf UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 10-da Əlincə stadionunda ("Bank Respublika Arena") təşkil olunacaq ilk matç saat 20:00-da başlanacaq.

Cavab görüşü isə iyulun 17-də olacaq. Tsele stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Seçilən
40
1
teleqraf.com

2Mənbələr