Bakı. Trend:
Ötən gün axşam saatlarında Şirvanda “Mercedes” markalı 90 JT 063nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünəyaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yolnişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davametdirib.
Trend bubarədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbərverir.
Bildirilib ki, nəticədə yük avtomobili yol ötürücüsündəaşırımlara ilişərək qalıb.
"Hadisə nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb.Qatarların hərəkətinin bərpası istiqamətində tədbirlər görülür", -deyə məlumatda qeyd olunub.