AZ

Azərbaycanda qatarlar daha sürətlə nə vaxt hərəkət edəcək? Açıqlama

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Hazırda ölkədəki qatarların maksimal hərəkət sürəti 140 km/saatdır. Amma bu sürət yalnız düz və maneəsiz sahələrdə tətbiq oluna bilir. Stansiyalara yaxınlaşdıqda, əyri hissələrdə sürət azaldılır".

Bunu BAKU.WS-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib. 

O, bildirib ki, qatarların daha sürətli hərəkət edə bilməsi üçün yalnız texniki imkanlar yetərli deyil. Dəmir yolu boyunca təhlükəsizlik infrastrukturunun gücləndirilməsi əsas şərtdir:

"Dəmir yolu boyunca çəpərlənmə işləri, yerüstü və yeraltı keçidlər, mikromobillik və heyvan keçidləri qurulmalıdır. Məsələn, 72 km/saatla hərəkət edən bir qatarın əyləc məsafəsi 1000 metrdir. Bizdə bəzi sahələrdə sürət 40 km/saatdır, amma bu halda belə qatarın tam dayanması üçün 2 km məsafə tələb olunur. Yəni bu nəqliyyat növündə sürətə keçid üçün ciddi hazırlıq lazımdır".

Ekspert həmçinin dəmir yolu sahəsindəki müsbət dəyişiklikləri də qeyd edir. Bunlara onlayn bilet satışı, əlilliyi olan şəxslər üçün inkluziv imkanlar, panduslar və liftlərin mövcudluğu daxildir:

"Bu gün evdən çıxmadan bilet almaq mümkündür. Əvvəlcədən planlaşdırılmış səfərlər daha ucuz başa gəlir. Vağzallarda və qatarlarda inkluzivlik təmin olunur – bu, çox vacib irəliləyişdir. Bütün stansiyalarda da pandusların qurulmasına davam etmək lazımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
baku.ws

1Mənbələr