AZ

"Minlərlə tələbə Serbiyanı tərk edib" - Vuçiç

Etirazlar və universitetlərin blokadası təhsil sisteminə ciddi ziyan vurub, minlərlə tələbə ölkəni tərk edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib. 

Onun sözlərinə görə, tələbələr ölkəsini tərk edərək daha çox Sloveniya, Xorvatiya, Avstriya və Macarıstana gediblər. Vuçiç baş verənləri dünya müharibələri zamanı miqrasiya miqyasını üstələyən “tarixdəki ən böyük köç” adlandırıb. 

Vuçiç bildirib ki, etirazçılar öz ölkələrinə ziyan vurur və yollara beton bloklar quraşdırmaq planları nəqliyyat sistemini təhdid edir. O, etirazların potensial zərərini 800 milyon avro qiymətləndirib.

Dövlət başçısı həmçinin bəyan edib ki, bir sıra Qərb ölkələrində polisin hərəkətlərindən fərqli olaraq hakimiyyət etirazçılara qarşı güc tətbiq etməyib.

Qeyd edək ki, Serbiyada kütləvi etirazlar bir neçə aydır, davam edir. Ölkədə etirazlar Novi-Sad şəhərinin dəmir yolu vağzalında baş verən insidentlə bağlı başlayıb. Ötən ilin  noyabrın 1-də günorta saatlarında stansiya binasının giriş qapısının üzərinə şüşə, metal və betondan hazırlanmış çardaq uçub. Nəticədə onlarla insan yaralanıb.

Gülayə Mecid 

Seçilən
4
unikal.az

1Mənbələr